Sosial şəbəkədə biz:

AzTV-dəki bu verilişin aparıcısı 5-ci dəfə dəyişdi

Aparıcı Xədicə Sənanqızı bir illik fasilədən sonra yenidən efirə qayıdır. 

O, AzTV-də fəaliyyətini davam etdirəcək. Xədicə bildirib ki, "1 AzTV" proqramına bu mövsüm özü aparıcılıq edəcək. 

"Yeni mövsümdə yenilənmiş AzTV-də "1 AzTV" ilə qarşınızdayıq. Axşam şousunda əsl konsert dadında canlı solo ifalara şahidlik edəcəyik" deyə, aparıcı bildirib.

O, ilk qonağının yaxın rəfiqəsi, Əməkdar artist Sevda Ələkbərzadə olacağını vurğulayıb. 

Qeyd edək ki, "1 AzTV" proqramına Hüsniyə Məhərrəmova, Şəhriyar Əbilov, Mehin Hümbətova, Əməkdar artist Həcər Ağayeva aparıcılıq edib. 

Xədicə sözügedən kanalda səhər verilişində aparıcılıq edirdi. Ötən il aparıcı kanalla yollarını ayırdığını açıqlamışdı.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol