Tibb sahəsində Nobel mükafatından məhrum edilən iki Azərbaycan alimi -ARAŞDIRMA
Səhiyyəmizin hazırki durumu çox təəssüf ki, onun barəsində yaxşı nəsə deməyə imkan vermir. Lakin sovet miqyasında Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafı bütün ittifaqda nümunə kimi göstərilirdi. Bunun əyani sübutu kimi Moderator.az saytı maraqlı bir faktı təqdim edəcək.
Azərbaycan tibbinin ən nəhəng simalarından olan Mustafa Topçubaşov və Qəhrəman Qəhrəmanov elə Nobel mükafatı laureatı olan alimlər tərəfindən bu mükafata təqdim edilir.
- Qəhrəmanov Azərbaycan neyrofizika və neyrokimya məktəbinin yaradıcısı hesab olunur. Bu təqdimatda əsas pay sahibi elə onun özü olur. Elə bu istiqamətləri dərindən araşdırmaq üçün laboratoriya quran Qəhrəmanov onları dünya standartlarına cavab verə bilən bir hala gətirir. Dünyanın bir çox ölkələrindən Nobel mükafatına layiq görülən alimlər bu laboratoriyada olan zaman heyrətə gəlirlər. Oranı İsveç Kral Akademiyasının tibb institutu ilə müqayisə edirlər.
- Böyrək ifrazat funksiyasının öyrənilməsinin yeni üsulu – 1959
- Sidiyin axarlardan sidik kisəsinə tökülmə prosesinin tədqiqi
- İntrakarotid inyeksiyası üsulununun kəşfi- 1960
- İstiqanlı heyvanlarda cərrahi əməliyyat aparmadan summar tüpürcək ifrazını yazmaq – 1977
- periferik damara vazokonstriktor və vazodilyatator təsirlərin qrafik yazısını almaq üsulunun kəşfi- 1979