Sosial şəbəkədə biz:

Xaricdən toyuq əti Azərbaycana 3, mal əti isə 7 manata gətirilir

Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 22 min 177,6 ton ət idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan ətin 1 kiloqramının orta gömrük dəyəri 2,2 dollar (3,8 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana xarici ölkələrdən 26 min 723 ton ət idxal olunub və 1 kiloqramının orta gömrük dəyəri 2 dollar (3,4 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycana xaricdən əsasən dondurulmuş toyuq əti və dondurulmuş iribuynuzlu heyvan əti gətirilir. Dondurulmuş toyuq ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,7 dollar (2,9 manat), dondurulmuş iribuynuzlu heyvan ətinin 1 kiloqramının orta gömrük dəyəri isə 4 dollar (6,9 manat) təşkil edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol