Sosial şəbəkədə biz:

Uorlik Əliyevlə Sarkisyanın görüşünün hazırlandığını təsdiqlədi

30 June 2016, 20:33
Gündəm
“Prezidentlərin növbəti görüşü ilə bağlı müəyyən tarix olmasa da, ABŞ, Fransa və Rusiya həmsədr dövlətlər kimi, görüşü tez bir zamanda təşkil etmək niyyətindədir”. Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik növbəti görüşün Fransada keçirilməsi ehtimalı ilə bağlı deyib. Qeyd edək ki, Fransa tərəfi prezidentlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.