Sosial şəbəkədə biz:

Başıbəlalı üçəmlərdən sağ qalanı da Bakıda öldü...

30 June 2016, 20:43
Gündəm
Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanı Bakıda dünyasını dəyişib. Bu barədə Report-a ölən körpələrin doğmaları məlumat veriblər. Yaxınlarının bildirdiyinə görə, hazırda ölən körpənin meyiti Salyana gətirilir. Qeyd edək ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Sağ qalan körpə Bakıdakı Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilmişdi.