Sosial şəbəkədə biz:

ABŞ Konqresindən Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik - Video

Qarabağdakı separatçı qurumun rəsmən tanınmamasına baxmayaraq, ABŞ-nin uzun illər onun qondarma hakimiyyət orqanlarının sənədlərini qanuniləşdirməsini, İrəvandakı səfirliyinin isə mövcud olmayan dövlətin nümayəndələrinə fəal şəkildə viza verməsini Azərbaycan Vətən Müharibəsindəki qələbədən və ərazi bütövlüyünün bərpasından çox əvvəl, yəni bütün xunta məhv olmazdan əvvəl bilirdi.

Bununla bağlı Baku TV-nin süjetində deyilir.

"Belə çıxır ki, Dövlət Departamenti separatçı hakimiyyəti çoxdan və üstüörtülü şəkildə tanıyıb. Səbəblər arasında erməni lobbisinin fəaliyyəti və ABŞ-nin, göründüyü kimi, əbədi olan ikili standartları var. Bunu sentyabrın 19-da ABŞ Konqresində Tom Lantes tərəfindən İnsan Hüquqları Komissiyasında "Dağlıq Qarabağın süqutundan" sonra Azərbaycanda insan haqları mövzusunda təşkil olunmuş tədbirlər də təsdiqləyir. Artıq adından göründüyü kimi, burada ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik var. 

Azərbaycan Xarici İşlər Nazirliyi Konqresə çox aydın və lakonik cavab verib və keçmiş separatçı rejimin nümayəndələrinin bu dinləmələrdə iştirakının bütün ağlasığmaz hədləri aşdığını xüsusilə vurğulayıb.

Qərbi Azərbaycan icması da eyni mövqedən çıxış edir. Bəyanatda deyilir: "Qərbi Azərbaycan İcması olaraq, ABŞ Konqresindən bu cür ayrı-seçkili və təxribatçı yanaşmadan əl çəkməyi tələb edirik", - materialda qeyd olunub.

Daha ətraflı videoda:

https://www.youtube.com/embed/Skc4Oqlt0jA


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol