Ata 7 uşağını məktəbə aparmaq üçün maşın istəyir: Amma dövlətdən yox
Lənkəran rayonunun Separadi kəndinin sakini Qədim Rzayevin sosial şəbəkədəki paylaşımı maraqla qarşılanıb.
Belə ki, kənd sakini Qədim Rzayev 9 uşaq atası olduğunu və övladlarını məktəbə aparmaqda çətinlik çəkdiyini bildirib. O qeyd edib ki, övladlarının ikisi məktəbi bitirib, hazırda 7 övladı kənd məktəbində təhsil alır: "Evimizdən məktəbə yol 2,5 kilomoterdir.
Bir müddət sonra yağışlar başlayacaq və həmin vaxt uşaqlar dərsə gedə bilməyəcəklər".
Qədim Rzayev “Cebheinfo.az”-a açıqlamasında bu çətinliyin həlli üçün maşına ehtiyaclarının olduğunu vurğulayıb:

"Mən "TikTok"-da övladlarım üçün maşın istədiyimi paylaşdım. Dövlət uşaqlarımın geyimi, ərzağı üçün kömək edir. Ancaq əlavə xərclər var ki, bunlardan biri də onların məktəbə getmələridir.
Mən dövlətimdən razıyam, amma övladlarımın təhsili üçün elimizdən, imkanlı şəxslərdən maşın istəyirəm".