Sosial şəbəkədə biz:

Kafe və restoranlarda xərclənən pulların 66 faizi Bakının payına düşüb

Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində ictimai iaşə (kafe, restoran, çayxana və s.) dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6% artaraq 966,9 milyon manat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hüquqi şəxslərin ictimai iaşə dövriyyəsi 580,3 milyon manat olub.
Bu, ümumi dövriyyənin 60%-ini təşkil edib.
Məlumat üçün onu da bildirək ki, eyni dövrdə ölkə üzrə ictimai iaşə dövriyyəsi də ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6% artaraq 1milyard 456,8 milyon manat olub.
Açıqlanan göstəricilərdən də göründüyü kimi, bu ilin yanvar-avqust aylarında ölkə üzrə qeydə alınan ictimai iaşə dövriyyəsinin 66,4%-i paytaxt Bakının payına düşüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol