Sosial şəbəkədə biz:

“İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi fiziki şəxs “Zoomagazın.az” MMC (VÖEN- 1405352961) olub.
Müsabiqənin şərtinə görə “Zoomagazın.az” MMC “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə mal-qara yemləri satacaq.
Satın alınacaq 2 524 ədəd yonca presinin hər biri 18 kq. olacaq. Bundan başqa, 2 639 kq. arpa, 4 103 kq. kəpək və heyvanlar üçün 332 kq. duz alınacaq. Qeyd olunan heyvan yemləri üçün Qoruq İdarəsi “Zoomagazın.az” MMC-yə 17 min 962 manat 65 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 2022-və 2023-cü illərdə “İçərişəhər” Muzey Mərkəzinin keçirdiyi analoji tender müsabiqələrinin qalibi də “Zoomagazın.az” MMC olub. Nizamnamə kapitalı 50 manat olan MMC- nin qanuni təmsilçisi Mursakulov Ceyhun Bəxtiyar oğludur. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol