Sosial şəbəkədə biz:

Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru prof. Dr. Məsud Aşina Danimarka Milli Tədqiqat Fondunun 8 milyon avro mükafatına layiq görülüb. Bu mükafat Miqrendə Kəşflər Mərkəzinin yaradılmasına sərf olunacaq.

Azinforum.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib. Azərbaycanlı professor diaspor fəaliyyətində
xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Soydaşımız 2019-cu ildə Lundbeck Professor proqramı fondunun ən böyük həcmli qrant proqramında iştirak edərək baş ağrılarının yeni müalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə görə 5 milyon avro mükafata layiq görülüb.

Məsud Aşina qazandığı mükafatla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-yə müsahibə verib. Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=Ok-cp1O-W0s


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol