Sosial şəbəkədə biz:

Ramil Usubov Cəmşid Hənifəyevin rütbəsini artırdı

01 July 2016, 20:02
Gündəm
Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi polis mayoru Cəmşid Hənifəyevə polis polkovnik-leytenantı rütbəsi verilib. Müvafiq əmri bu gün, iyulun 1-də, daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb. Qeyd edək ki, C.Hənifəyev uzun illər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Müşayət-eskort bölüyünün komandiri olub (YP 500). (Avtosfer.az)