Sosial şəbəkədə biz:

Bərxudarovu əvəz edən general...- DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda kadr dəyişikliyi olub. General-mayor Vilayət Bərxuda oğlu Quliyev 2-ci Ordu Korpusuna komandir təyin olunub. Mais Bərxudarov isə sərəncama götürülüb.

Metbuat.az xəbər verir ki, 2-ci Ordu Korpusunun yeni komandiri Vilayət Quliyev Cəbrayıl rayonundandır.

General-mayor Vilayət Quluyev Şuşanın azad edilməsində də iştirak edən zabitlərdəndir. Vətən müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb.

Füzuli, Cəbrayıl, Hadrut və bir çox istiqamətlərdə yaşayış məntəqələrinin işğaldan azad edilməsində iştirak edib.

V.Quliyev şücaətlərinə görə Prezidentin sərəncamı ilə “Rəşadət” ordenilə təltif edilib.

Ona Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol