Sosial şəbəkədə biz:

Gələn həftə 4 gün iş olmayacaq

02 July 2016, 10:40
Gündəm
Müsəlmanların müqəddəs ayının - Ramazanın sonuna sayılı günlər qalıb. Bir neçə gündən sonra Ramazan ayı başa çatır və gələn həftə iki gün qeyri-iş günü olacaq. İyulda Ramazan bayramı ilə əlaqədar 2 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli qərarında əsasən iyulun 6 və 7-si Ramazan bayramı qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının fətvasına görə, bu il ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Anspress.com