Sosial şəbəkədə biz:

Kamala Harris Baydenin kursundan imtina edir

ABŞ-nin indiki vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrda keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə, prezident Co Baydenin prezidentlik kursunu davam etdirməyəcəyini bildirib.

Kamala Harris “Fox News” telekanalına müsahibəsində prezidentlik vəzxifəsinin icrası prosesinə yeni ideyalar gətirəcəyini iddia edib.

“Mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq və prezidentliyə başlayan hər bir prezident kimi mən də öz həyat və peşəkar təcrübəmi və yeni ideyalarımı gətirəcəyəm. Baydendən fərqli olaraq, mənim karyeramın böyük hissəsi Vaşinqtonda keçməyib və mən yeni liderlər nəslini tımsil edirəm”, - Kamala Harris vurğulayıb.

Maraqlıdır ki, daha əvvəl “ABC” telekanalına verdiyi müsahibədə “Baydendən fərqli olaraq nə edərdiniz” sualının cavabında vitse-prezident bununla bağlı ağlıma heç nə gəlmədiyini bildirmişdi.

AzVision.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol