Sosial şəbəkədə biz:

Bakı sakininə qarşı 180 min dollarlıq dələduzluq olunub

02 July 2016, 18:07
Gündəm
Bakıda daha bir şəxsə qarşı dələduzluq edilib. Bakı şəhər sakini, 42 yaşlı Şahbaz Mikayılov ərizə ilə huquq-muhafizə orqanlarına müraciət edərək 2008-ci ilin dekabr ayında qohumları - 1971-ci il təvəllüdlü Daşqın Məmmədov və Fizuli rayon sakini, 1964-cü il təvəllüdlü Süleyman Zeynalovun onu aldadaraq 180 min ABŞ dollar aldığını bildirib. Şikayətçi ərizəsində qeyd edib ki, həmin şəxslər aldıqları pulu indiyədək geri qaytarmayıblar. Faktla bağlı araşdırma aparılır. Report.az