Sosial şəbəkədə biz:

Yağış suları ilə dolu tuneldə 1 nəfərin cəsədi aşkar edilib

Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldə 1 nəfərin cəsədi aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir. 
Məlumatda qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. 
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Eyni zamanda media nümayəndələrini və sosial media istifadəçilərini dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol