Sosial şəbəkədə biz:

"4 min manat maaş alan həkimlər var" - Agentlik

"Həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Qəbələ RMX-də 2023-cü ildə həkimlərə verilən işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 733 manat olmuşdusa, 2024-cü ilin 6 ayında bu rəqəm 1206-ya qədər yüksəlib".

Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına təşkil olunan mediatur zamanı deyib.

O bildirib ki, əmək haqlarının artırılmasına səbəb pasiyent sayının çoxalması, Xidmətlər Zərfində tibbi xidmətlərin sayının və tariflərinin artması olub:

"Bəzi həkimlərimiz üçün işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 2023-cü ildə maksimum 2200 manatı, 2024-cü ilin ilk 6 ayında isə 3600 manatı keçib”.

Qurum əməkdaşı bəzi hakimlərin daha yüksək əməkhaqqı aldıqlarını qeyd edib:

"Elə həkimlər 4000 manatdan çox əmək haqqı alır. Bu, pasiyent sayına görə dəyişir".

Cebheinfo.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol