Sosial şəbəkədə biz:

Ceyhun Osmanlının qardaşının ölkədən çıxışına QADAĞA

Tanınmış biznesmen Faiq Osmanlı məhkəməyə verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, buna səbəb ona məxsus şirkətin ödənilməmiş vergi borclarıdır.

Belə ki, Osmanlı Faiq Yunis oğluna məxsus "Badamlıq" MMC-nin fonda vergi borcu yaranıb. Lakin müəyyən olunan vaxt keçməsinə baxmayaraq, borclar ödənməyib. Bu səbəbdən Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. Dövlət qurumu iddiada borclar ödənmədiyi təqdirdə biznesmenin ölkədən çıxışına qadağa qoyulmasını xahiş edib.

Qeyd edək ki, Faiq Osmanlı keçmiş deputat Ceyhun Osmanlının qardaşıdır. Faiq Osmanlının "Badamlıq" MMC-dən başqa da bir neçə şirkəti mövcuddur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol