Sosial şəbəkədə biz:

Son 10 ildə BP-də işləyən azərbaycanlıların sayı 464 nəfər azalıb

Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 401 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Ötən ilin eyni dövrü ilə müqayisədə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfər artıb.
10 il əvvəllə müqayisədə isə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 464 nəfər azalıb.
Müqayisə üçün qeyd edək ki, son 6 ildə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı aşağıdakı kimi olub:
1 oktyabr 2015-ci il – 2 865 nəfər
1 oktyabr 2016-cı il – 2 865 nəfər
1 oktyabr 2017-ci il – 2 739 nəfər
1 oktyabr 2018-ci il – 2 557 nəfər
1 oktyabr 2019-cu il – 2 524 nəfər
1 oktyabr 2020-cu il – 2 497 nəfər
1 oktyabr 2021-ci il – 2 287 nəfər
1 oktyabr 2022-ci il – 2 296 nəfər
1 oktyabr 2023-cü il – 2 395 nəfər
1 oktyabr 2024-cü il – 2 401 nəfər


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol