Sosial şəbəkədə biz:

Harris Trampı təbrik etdi

07 November 2024, 00:06
Gündəm

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris rəqibi respublikaçı Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Bu barədə “The Washington Post“ ABŞ-nin hazırkı vitse-prezidentinin köməkçisinə istinadən məlumat yayıb.

Məlumata görə, Harris Trampla “hakimiyyətin dinc yolla ötürülməsinin vacibliyini” də müzakirə edib.

O da qeyd edilib ki, Kamala Harris yerli vaxtla saat 16:00-da prezidentlik yarışında məğlub olması ilə bağlı çıxış etməyi planlaşdırır.