Sosial şəbəkədə biz:

Bayram namazının vaxtı - AÇIQLANDI

04 July 2016, 12:18
Gündəm
Şeyx Təzəpir məscidində bayram namazına qatılacaq. Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya bildirilib ki, bayram namazı idarənin əhatə etdiyi bütün ölkələrdə iyulun 6-da səhər saat 09:00-da qılınacaq. QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həmin gün Bakıdakı Təzəpir məscidində bayram namazına qatılacaq. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası builki Ramazan ayı ilə bağlı fətvasında müsəlmanlar üçün bu müqəddəs ayın 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib. Fətvada Eydül-Fitr - Ramazan bayramının Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.