Sosial şəbəkədə biz:

Hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ

04 July 2016, 14:01
Gündəm
Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 5-dən 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Yağıntının leysan xarakterli, intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.