Sosial şəbəkədə biz:

Azərbaycanlı iş adamı asılmış vəziyyətdə tapıldı

05 July 2016, 17:37
Gündəm
Rusiyanın Saratov şəhərində azərbaycanlı iş adamı, Azərbaycanın vilayət üzrə diaspor fəalının qardaşının meyiti tapılıb. Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov APA-ya bildirib ki, müavini Məzahir Əliyevin qardaşı, 1956-cı il təvəllüdlü iş adamı Rahib Əliyevin meyiti iyulun 3-də evində asılmış vəziyyətdə aşkarlanıb. İş adamının ölüm səbəbi polis tərəfindən araşdırılır. Onun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Ucar rayonunda ötən gün dəfn olunub.