Sosial şəbəkədə biz:

10 nəfərin öldüyü obyekti satın aldı - 248 min borcu var

“Bakı Ağac Emalı” ASC-nin vergi borcu 248 216.97 manata çatıb.

ASC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 679 574 manatdır və qanuni təmsilçisi Natiq Əkbərovdur. Onu da nəzərə çatdıraq ki, 2025-ci il yanvarın 30-da “Bakı Ağac Emalı” ASC-nin səhmdarlarının ümumi yığıncağı planlaşdırılır. Yığıncağın gündəliyinə cəmiyyətin 2024-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı, nizamnaməsinə əlavə və dəyişikliklərin edillməsi, idarəetmə orqanlarının formalaşdırilması məsələlərinin müzakirəsi daxildir. Yeri gəlmişkən, toplantıda cəmiyyətin yerləşdiyi ərazinin icarəyə götürülməsi və ya özəlləşdirilməsi məsələsi də masada olacaq.

Xatırladaq ki, bu ilin yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə ilə bağlı aparılan istintaq ərəfəsində ASC-nin sahibi 1962-ci il təvəllüdlü Tağı İbrahimovun külli miqdarda vergini ödəməkdən yayınmasına dair əsaslı şübhələr müəyyən edilmişdi. Teleqraf.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol