Sosial şəbəkədə biz:

Bakı metrosunda növbəti ajiotaj: qatar tuneldə qaldı

Bakı metrosunda yenə problem yaranıb. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Sahil"dən "İçərişəhər" stansiyası istiqamətində hərəkət edən qatar tuneldə qalıb. Təxminən 10 dəqiqə fasilədən sonra anons edilərək sərnişinlərin qatarı tərk etməsi istənilib. Bəzi sərnişinlər anonsa riayət etsə də digərləri vaqonları tərk etməyib. Daha sonra qatar "İçərişəhər" əvəzinə "Sahil" stansiyasına qayıdıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, 4 saylı marşrut üzrə hərəkət edən metro qatarı tunelə daxil olarkən texniki nasazlıq yaranıb: "Qatarın birinci vaqonu tuneldə qalıb. Ancaq digər vaqonlar stansiyada olduğu üçün qatardakı sərnişinlər boşaldılıb. Texniki nasazlıq qatarın əyləc sistemində baş verib. Texniki problem aradan qaldırıldıqdan sonra qatar işə salınıb".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol