Sosial şəbəkədə biz:

Rövnəq Abdullayev və Canni İnfantino Parisdə ziyafətdə

10 July 2016, 18:49
Gündəm
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ziyafət təşkil edilib. Virtualaz.org-un məlumatına görə, tədbirdə SOCAR-ın və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, FİFA-nın prezidenti Canni İnfantino, UEFA-nın və müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri, dünya futbol ictimaiyyətinin nümayəndələri, həmçinin Avropa futbolunun keçmiş ulduzları - hollandiyalı Ruud Qullit və italyan Kristian Veri iştirak ediblər. Məlum olduğu kimi, SOCAR UEFA-ın partnyoru və bu gün bitməkdə olan Avro-2016 oyunlarının adla tanınan sponsorlarından biridir. Sahəsi üç min kv.m təşkil edən Azərbaycan Mədəniyyət Mərkəzi 2012-ci ildə açılıb. Mərkəzin binası Eyfel qülləsinin yaxınlığında yerləşir və 1904-cü ilə aid tarixi tikilidir.