Sosial şəbəkədə biz:

Fatma Abdullazadənin rəssam qızı vəfat edib

Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin keçmiş müdiri Fatma Abdullazadəyə ağır itki üz verib.

Onun qızı Məryəm Ələkbərli 33 yaşında vəfat edib.

M.Ələkbərli rəssam idi. Onun Azərbayanda və dünyanın bir neçə ölkəsində sərgiləri keçirilib.

2014-cü il oktyabrın 30-da Latviyanın paytaxtındakı “Riqa birjası” Rəssamlıq Muzeyində təşkil olunan sərgidə bir çox tanınmışlarla yanaşı F.Abdullazadənin özü də iştirak edib.

Xatırldaq ki, Fatma Abdullazadə 1993–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb. Teleqraf


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol