Sosial şəbəkədə biz:

Rafael Ağayev: "Hər şey bir saniyənin içində dəyişə bilər"

"Federasiyadan iş gözləmirəm”.

Bu sözləri Teleqraf-a açıqlamasında karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev deyib.

40 yaşlı idmançı yanvarda Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti postundan istefa verdikdən sonra yenidən oradan iş təklifi alıb-almaması ilə bağlı suala belə cavab verib:

"Bu mövzu barədə danışmaq istəmirəm. Federasiyada hamıya uğurlar arzu edirəm. Həyatda hər şey bir saniyənin içində dəyişə bilər. Yolumuza davam edirik. Gələcəkdə hər şey ola bilər. Kim harada olursa-olsun, ilk növbədə, insan olmaq, dürüst olmaq lazımdır. Heç kimin haqqına girmədən harada oluruqsa-olaq, bu günümüzə şükür”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol