Sosial şəbəkədə biz:

İran ABŞ-la saziş bağlamağa hazırdır - Pezeşkian

22 April 2025, 00:00
Gündəm

İran hökuməti ABŞ-la bərabər şərtlərlə nüvə sazişi bağlamağa hazırdır.

Bakupost.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

Bu bəyanat dövlət başçısının rəsmi saytında yayılıb.

“Birləşmiş Ştatlarla danışıqlara gəlincə, müəyyən çərçivələr daxilində və milli maraqlara uyğun olaraq, biz razılaşmaya hazırıq, lakin onlar bizimlə bərabər şərtlərlə sövdələşmə bağlamaq istəməsələr, biz öz yolumuzla getməyə davam edəcəyik”, - deyə respublika rəhbəri bildirib.