Sosial şəbəkədə biz:

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: bütün evlər ucuzlaşacaq - VİDEO

Yaxın gələcəkdə əmlak bazarındakı satış qiymətlərində enmələr qaçılmaz olacaq”.

Bu sözləri Baku TV-yə əmlak eksperti Elnur Fərzəliyev deyib.

O bildirib ki, əmlak bazarında son illər ipoteka predmetinə çevrilən mənzillərin böyük əksəriyyəti satıldığı üçün bu tip əmlaklara tələbatın artması səbəbindən onlarda qiymət artımları müşahidə olunur.

“Qiymətlərin enməsinə gəlincə isə düşünürəm ki, yaxın gələcəkdə əmlak bazarında satış qiymətlərində enmələr qaçılmaz olacaq. Çünki 2020-ci ildən etibarən azad olunmuş torpaqlarımızda gedən tikinti, bərpa işləri səbəbindən məcburi köçkünlər mərhələli şəkildə yurd-yuvalarına geri dönürlər, onlara verilmiş mənzillər minimal qiymətlərə satışa çıxarılır”, – deyə Elnur Fərzəliyev əlavə edib.

Ətraflı süjetdə:

https://www.youtube.com/watch?v=UDK6vqQ_n14&t=20s


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol