Sosial şəbəkədə biz:

Nazirlikdən işdən çıxarılan rəis müavini ilə bağlı AÇIQLAMA

23 April 2025, 16:20
Gündəm

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Anar Süleymanov vəzifədən azad edilib.

Belə ki, eyni zamanda Notariat idarəsinin rəisi olan A.Süleymanovun öz ərizəsi ilə ədliyyə orqanlarında qulluğuna xitam verilib.

Qeyd edək ki, ötən gün mediada Anar Süleymanovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılmışdı.

Ədliyyə Nazirliyindən bildirilib ki, 14 aprel tarixindən idarə rəisinin öz ərizəsi ilə ədliyyə orqanlarında qulluğuna xitam verilib: “Onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar həqiqəti əks etdirmir”. Qafqazinfo