Sosial şəbəkədə biz:

Çində Prezidentin şərəfinə verilən ziyafətin menyusu – Foto

Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
Sosial şəbəkələrdə ziyafətin proqramı və menyusunun fotoları yayılıb.
Fotolardan məlum olur ki, rəsmi ziyafət zamanı Azərbaycanın “Arşın mal alan” filmindən hissələr, “Mənim Azərbaycanım” kimi milli musiqilərinin səsləndirilməsi nəzərdə tutulub.
Menyuda isə toyuq bulyonunda molyuska, pekinsayağı ördək, bulyonlu tərəvəz, zəfəran sousunda treska balığı, kremli tort, şirniyyat, meyvə, dondurma, kofe, çay və şərab yer alıb. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol