Sosial şəbəkədə biz:

Azərbaycan xidmətdən yayınan hərbçini Rusiyaya verib

Azərbaycan Baş Prokurorluğu hərbi hissəni özbaşına tərk etməkdə təqsirləndirilərək axtarışa verilmiş hərbi qulluqçu Sotim Savlatovun ekstradisiyası ilə bağlı Rusiya prokurorluğunun vəsatətini təmin edib.

"Savlatov bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusitəyinatlı hissəsinin müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib", - Baş Prokurorluğun məlumatında bildirilir.

"Mediazona"nın məlumatına görə, 27 yaşlı Savlatov Tacikistanda doğulub. Onun Rusiya vətəndaşlığı var və Tver vilayətində yaşayıb. Rusiya Daxili İşlər Nazirliyi 2023-cü il oktyabrın sonundan Savlatov barəsində axtarış elan edib.

Hərbçi 2025-ci ilin yanvarında Azərbaycanda saxlanılıb. Savlatov ekstradisiya olunana qədər həbsdə saxlanılıb.

"Mediazona" bildirir ki, Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya məhkəmələrində fərarilik, əmrə tabe olmama və bölmənin icazəsiz tərk edilməsi maddələri ilə Rusiya məhkəmələrində təxminən 16 min cinayət işi qaldırılıb. Təkcə fərarilik maddəsi ilə 683 iş məhkəməyə göndərilib. Bu maddə üzrə ən ağır cəza 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol