Nazim Bəydəmirlinin səhhətində problem yaranıb
Keçmiş deputat, hazırda həbsdə olan iqtisadçı Nazim Bəydəmirlinin vəziyyətinin pisləşdiyi bildirilir.
Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli sosial şəbəkədə yazıb.
“Bununla bağlı Ombudsman Aparatına elektron məktub ünvanlamışam və eyni zamanda vəkilimiz Aqil Layıc tərəfindən rəsmi müracət etmişik. Bir ay bundan öncə boynunun arxa hissəsində yaranmış karbakul (tükdibinin iltihabı nəticəsində) formalaşmış törəmə əmələ gəlib. Həbsxanada müdaxilə olunub, nəticədə törəmə qıcıqlanaraq böyüyüb və bərk kütləyə çevrilib. Gecikdirilmədən təcili cərrahi müdaxilə olunmalıdır. Bu məsələ ilə bağlı professor Adil Qeybulla ilə danışmışam, əgər icazə verilsə gedib yerində əməliyyat etməyə hazır olduğunu bildirdi. Bu günə qədər Nazim Bəydəmirlinin səhhətində zaman-zaman yaranmış sağlıq problemləri ilə bağlı saysız müraciətlərimə 5-6 ay sonra baxılıb və səthi yanaşılıb. Bu dəfə məsələ çox ciddidir, təcili əməliyyat olunmasa xəstənin böyrəklərində ciddi fəsadlar yaranacaq, ən qorxulusu meningit xəstəliyinə yol aça bilər”, – Fəridə Bəydəmirli bildirib.