Sosial şəbəkədə biz:

Prezident: Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb, Ermənistan addımlar atmalıdır

25 April 2025, 15:05
Gündəm

Prezident İlham Əliyev keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd edib.

Prezident İlham Əliyev bunu ATƏT-in Baş katibini qəbul edərkən bildirib.

Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu deyib.