Sosial şəbəkədə biz:

Azər Rəşidoğlu: "Heydər Əliyev Fondundan sağalana qədər dövlətin yanımda olacağını dedilər"

Türkiyənin İstanbul şəhərində tanınmış jurnalist Azər Rəşidoğlunun müalicəsi davam etdirilir.

Bu barədə jurnalist özü məlumat verib.

Onun sözlərinə görə, həkimlərin tövsiyəsinə əsasən, müalicə hazırkı klinikada aparılmalıdır:

"Müalicəm davam edir. Hələ İstanbuldayam. Yəqin ki, yaxın aylar ərzində bir müddət Türkiyəyə gəlib-gedəcəm. Buradakı həkimlər müalicə aldığım hospitalda ən müasir avadanlıqların olduğunu nəzərə alıb, müalicəm məhz bu klinikada və bu həkimlərin nəzarətində davam etdirilməsini məsləhət görürlər". 

Azər Rəşidoğlu həmçinin Heydər Əliyev Fonduna minnətdarlığını ifadə edib: 

"Heydər Əliyev Fondundan sağalana qədər dövlətin yanımda olacağını və həkimlərin məsləhətlərini əsas götürəcəklərini dedilər. Buna görə bir daha Heydər Əliyev Fonduna təşəkkür edirəm. Müalicə uğurla gedir, Azərbaycanın dəstəyini hər an hiss edirəm".

Qeyd edək ki, Azər Rəşidoğlunun müalicə prosesi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən qarşılanır və mütəmadi nəzarətdə saxlanılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol