Zelim Kotsoyev Avropa çempionatında finala çıxdı
100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Cüdoçumuz ukraynalı Anton Savitski ilə qarşılaşıb.
Kotsoyev rəqibinə qalib gələrək, finala yüksəlib.
Həlledici qarşılaşma Z. Kotsoyev Paris-2024 Yay Olimpiya Oyunlarının finalında məğlub etdiyi gürcüstanlı İlia Sulamanidze ilə mübarizı aparacaq.