Sosial şəbəkədə biz:

Kredit faizləri enə bilər (VİDEO)

Banklarda kredit faizləri enə bilər.

 Maliyyə Nazirliyinin banklara 1.5 milyard manat depozit yerləşdirməsi Azərbaycan bank sektorunda kreditlərlə depozitlər arasındakı faiz marjasının azalmasına təsir edə bilər.

İqtisadçı Elman Sadıqov deyir ki, depozit portfelinin artması depozit faizlərini azaltmır. Çünkü bunda nə banklar, nə də depozit qoyanlar maraqlı deyil. Lakin bunun fonunda kredit faizlərində müəyyən dəyişiklik mümkündür.

Elman Sadıqovun sözlərinə görə, bankların hazırkı gedişatına nəzər salsaq, gələcək günlərdə kreditlərin faizlərinin 3 faizə qədər enməsi gözləniləndir.

Ekspert onu da əlavə edib ki, həm banklar, həm də vətəndaşlar əsasən biznes kreditinə maraqlı olmalıdırlar. Belə olan halda problemli kredit məsələsinin həllində də uğurlu nəticəyə nail olmaq olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

https://www.youtube.com/embed/k7XcV5H0FLw


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol