Sosial şəbəkədə biz:

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi fəaliyyətini sonlandırıb

BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti başa çatıb.

Bu barədə məlumatı “Report” yayıb.

“Bu gün BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyində son iş günüdür. Sabahdan etibarən fəaliyyət göstərməyəcəyik”,- qurumdan bildirilib.

Bu il martın əvvəlində yerli mətbuatda BMT-nin bəzi qurumlarının Azərbaycandan çıxarılacağı ilə bağlı iddialar səsləndirilirdi.Hökumətyönlü “Caliber.az” saytı yazırdı ki, BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Uşaq Fondunun (UNICEF) Bakı nümayəndəliklərinə əməkdaşlıq formatına yenidən baxılması zərurəti ilə bağlı xəbərdarlıq edilib.

Bu təşkilatlara Azərbaycanı tərk etməli olduqları bildirilib və bu qərar müvafiq səviyyədə onlara çatdırılıb.

Bu iddialara Azərbaycanın rəsmi qurumlarından hər hansı münasibət bildirilməmişdi.

Azərbaycan BMT-yə 1992-ci il martın 2-də qəbul edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol