Sosial şəbəkədə biz:

ƏRDOĞANIN VƏZİYYƏTİ KRİTİKDİ -  "SKYPE" VASİTƏSİLƏ  XALQI  MEYDANLARA ÇAĞIRIR

16 July 2016, 01:43
Gündəm
Azinforum.az xəbər verir ki, Türkiyədə bir qrup hərbçinin dövlət çevrilişi etməsi haqda məlumatlar ciddi xarakter almağa başlayır. Bir neçə dəqiqə öncə,  Türkiyə prezidenti Ərdoğan telekanalların biri vasitəsilə xalqı meydana çıxıb hakimiyyəti qorumağa çağırdı.  Onun verilişə canlı bağlantısı primitiv üsulla həyata keçirildiyindən hiss edilirdi ki, vəziyyətin gərginliyi səbəbindən  hansısa məkanda gizlənmək zorunda qalıb. Ərdoğanın xalqa acizanə müraciətindən belə başa düşülür ki, onun orduya nəzarəti tamamilə əlindən çıxıb. Azinforum.az hadisələrin gedişi ilə bağlı daim məlumat verəcək.