Sosial şəbəkədə biz:

Bakı və İrəvan arasında sərhəddəki pozuntular barədə məlumat mübadiləsi

Azərbaycan və Ermənistan sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı məlumat mübadiləsi aparıblar.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın aparatı yerli “factor.am” portalının sorğusuna cavab olaraq bildirib.

“Ermənistan Respublikası Azərbaycana atəşkəs rejiminin pozulması ilə bağlı müvafiq məlumatları təqdim edib”, – Paşinyanın aparatında qeyd ediblər və əlavə ediblər ki, Bakı da erməni tərəfinə pozuntularla bağlı məlumat verib.

“Ermənistan tərəfi bu məlumatları araşdırıb və nəticələr barədə müvafiq arayışı Azərbaycan tərəfinə təqdim edib”, – aparat rəsmisi vurğulayıb./Report


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol