Sosial şəbəkədə biz:

AZAL Moskvaya uçuşları bərpa edib

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı-Moskva reysi üzrə uçuşları bərpa edib.

Bu haqda APA İnformasiya Agentliyi AZAL-ın mətbuat xidmətinə istinadən məlumat verir.

“Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir”, – məlumatda deyilir.

Rusiyanın hava məkanında məhdudiyyətlər Ukrayna PUA-larının hücumu nəticəsində qoyulub.

Mayın 7-də Ukrayna sutka ərzində Rusiyaya ən irimiqyaslı dron hücumunu həyata keçirdi.

Elə həmin gün səhər saatlarından Rusiyanın bir sıra hava limanları fəaliyyətini dayandırdı.

Bundan əlavə, BBC-nin Rus Xidməti xəbər verir ki, mayın 9-u ərəfəsində Moskvada mobil rabitə və hava nəqliyyatında problemlər davam edir.

Mayın 8-nə keçən gecə Ukrayna pilotsuz təyyarələrinin Rusiya paytaxtına hücumu demək olar ki, dayandırılsa da, 100-dən çox reys təxirə salınıb və ya gecikib, bəzi sərnişinlər isə ikinci gündür ki, paytaxt aeroportlarında qalmalı olublar.

Moskva Regionlararası Nəqliyyat Prokurorluğunun məlumatına görə, mayın 8-də səhər saat 9-a kimi şəhərin hava limanlarında yüzdən çox reys təxirə salınıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol