Sosial şəbəkədə biz:
Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 16 faiz artdı
Xəbər Şəkli

Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 16 faiz artdı

16 May 2025, 00:15
Gündəm

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 13 milyon 296 min 200 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz çoxdur.

Qeyd edək ki, xidmətlərin 47,7 faizi mobil telefon rabitəsi sahəsində formalaşıb.