Sosial şəbəkədə biz:

Şəmkirdə satıcılardan əlavə pul tələb olundu: Ət dükanları bağlandı

Şəmkirdə qəssabların işləməməsi, ət dükanlarının bağlanması məsələləri araşdırılır.

Sosial şəbəkələrdə Şəmkir rayonunda ət dükanlarının bağlanması və satıcıların işi dayandırması ilə bağlı məlumatlar yayılıb.

Yerli sakinlərin iddiasına görə, ət kəsimi məntəqələrində xidmət haqlarının artırılması nəticəsində satıcılar fəaliyyətlərini dayandırıblar.

Əvvəllər iribuynuzlu heyvanların kəsimi üçün 18 manat, xırdabuynuzlu heyvanların kəsimi üçün isə 12 manat tələb olunduğu halda, bu məbləğin 25-30 manata qədər yüksəldiyi qeyd olunub.

Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, bu barədə tədbir görülür və sabahdan ət dükanlarının fəaliyyəti bərpa olunacaq. Report


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol