Sosial şəbəkədə biz:

Daha bir general və 51 hərbçi tutuldu - Həbslər davam edir

17 July 2016, 11:16
Gündəm

İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edilən Dənizli qarnizonunun və 11-ci komando briqadasının komandiri, general-mayor Özhan Özbakır və daha 51 yüksək rütbəli hərbçi həbs edilib.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb. Bildirilib ki, qiyamdan sonra həbs edilən 105 yüksək rütbəli hərbçidən 58-i haqqında istintaq başa çatıb. Dənizlidə həbs edilən şəxslər İzmirdəki cəzaçəkmə müəssisəsinə göndəriliblər.