Sosial şəbəkədə biz:

Bu gün Elmar Hüseynovun doğulduğu gündür...

17 July 2016, 12:29
Gündəm
Bu gün “Monitor” jurnalının baş redaktoru, qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun doğum günüdür. Elmar Hüseynov 1967-ci ilin 17 iyulunda Bakıda doğulub. Onun jurnalist fəaliyyəti 1995-ci ildən başlayıb. O, “Zerkalo” qəzetində əməkdaşlıq etməklə mediaya ilk gəlişini edir. 1995-ci ildə Elmar Hüseynov “Trend” informasiya agentliyini və gündəlik “Alver” qəzetini yaradır. Daha sonra “Geoiqtisadi araşdırmalar mərkəzinin” yaradılmasında iştirak edir. O, 1996-cı ildən isə tənqidi “Monitor” jurnalını çıxarmağa başlayır. Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları hələ də həbs edilməyib. Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.