Sosial şəbəkədə biz:

200 nəfər həbs olundu - Ermənistanda

18 July 2016, 10:02
Gündəm
Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb. APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda onlardan 50-si sərbəst buraxılıb. Məlumata əsasən, hüquq-mühafizə orqanları onların "Təsis Parlamenti" təşkilatı və ErmənistanPolisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır. Xatırladaq ki, iyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən silahlı şəxslər 7 nəfəri girov saxlayır.