Sosial şəbəkədə biz:

ƏRDOĞAN GÜLƏR ƏHMƏDOVA İLƏ XƏDİCƏ İSMAYILI ÜZ-ÜZƏ GƏTİRDİ (FOTO)

18 July 2016, 11:53
Gündəm
Azinforum.az xəbər verir ki, sabiq millət vəkili Gülər Əhmədova ilə  jurnalist Xədicə İsmayıl arasında qalmaqal yaşanıb. Buna səbəb Gülər Əhmədovanın saytlardan birində Türkiyədə cərayan edən son prosesləri şərh etməsi olub.  Görünür, sabiq millət vəkilinin bu aktivliyi jurnalistin xoşuna gəlməyib və bu səbəbdən də, Xədicə İsmayıl Gülər Əhmədovaya xitabən " Bir də bu varmış" kimi ironik yanaşma ortaya qoyub.   guler2 Güər Əhmədovanın cavabı özünü çox gözlətməyib. O, Xədicə İsmayıla məsləhət xarakterli cavab ünvanlayıb.  Sabiq deputat həmin cavabında Xədicə İsmayıla hər ikisinin də çətin günlər yaşadığını xatırladaraq,  ozündən  uzaq durmağı məslət görüb və bildirib ki, xanım jurnalist ateist olduğu üçün, ona "Allaha  xatir, əl çək" də deyə bilmir.    guler1     Çinarə SEYİDOVA AZİNFORUM.AZ