Sosial şəbəkədə biz:

FOX-un aparıcısının həbs xəbəri yayıldı

21 July 2016, 10:32
Gündəm
Türkiyədə çevriliş cəhdindən sonra ölkənin tanınmış xəbər spikeri Fateh Portağalın həbs edildiyi haqda xəbərlər yayılıb. Qafqazinfo xəbər verir ki, iddialara əsasən, spiker çevrilişə təşəbbüs edənlərə dəstək olduğuna görə həbs edilib. Qısa zaman ərzində sosial mediada yayılan həbs xəbərinə F.Portağalın özündən cavab gəlib. O, şəxsi tvitter hesabından məsələyə münasibət bildirərək, yayılan xəbərlərin yalan olduğunu deyib. Spiker “Bəlkə bəziləri həbs edilməyimi çox istəyir, ancaq bu xəbərlər əsassızdır və heç bir sıxıntı yoxdur”,-deyə açıqlama verib.   FOX-un aparıcısının həbs xəbəri yayıldı