Sosial şəbəkədə biz:

Əli Həsənovun xanımı ən yaxşı publisist elan olundu

22 July 2016, 17:34
Gündəm
Azərbaycan Mətbuat Şurası 2016-cı il üçün Ali Media Mükafatı laureatlarının adlarını açıqlayıb. Xatırladaq ki, hər il 22 iyul Milli Mətbuat Günündə təqdim olunan mükafatın 3 dərəcəsi var. Birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilib. Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə laureatların hər birinə 1000, 2-ci dərəcəsi üzrə 2000 manat pul təqdim edilir. 1-ci dərəcə üzrə laureat isə 5000 manat pulla mükafatlandırılır. Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə - Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif edilibər: Seyfəddin Hüseynli, “525-ci qəzet”in baş redaktor müavini; Azər Ayxan, “Yeni Müsavat” qəzetinin baş redaktor müavini; Aida Eyvazova, jurnalist-publisist; Rəfiqə Sadıqova, “Gəncənin səsi” qəzetinin baş redaktoru; Rəşid Hüseynov, jurnalist-publisist. Ali Media Mükafatının 2-ci dərəcəsi üzrə laureatlar: Umud Rəhimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri - Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə təltif edilib; Müsəllim Həsənov, Bakı Media Mərkəzinin redaktoru – Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureat – qalib: Sona Vəliyeva, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru – Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə təltif edilib. Qeyd edək ki, Sona xanım Vəliyeva Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun həyat yoldaşıdır. Laureatlara mükafatlar bu gün – 22 iyul 2016-cı il tarixdə milli mətbuatımızın 141 illiyi ilə bağlı “Altun saray” restoranında keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.